Menu
Geri İrəli

Sumqayıtın millət vəkili verdiyi sözü tutdu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2015 • Baxış sayı: 1,815 dəfə • Şərh yoxdur
Share Button

sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili Sumqayıt şəhər məktəblərinə ilk səfərini Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqların İnternat Məktəbindən başlayıb.

Qeyd edək ki, seçki prosesində görüşlərin birində Tahir Mirkişili məktəblərə edəcəyi ilk səfəri Sumqayıt şəhərində fəaliyyət göstərən Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqların İnternat Məktəbinə edəcəyini vəd etmişdi.

Təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olan millət vəkilinə məlumat verilib ki, burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçir. Bunun üçün fizioterapiya, loqaped otaqları, tibbi müayinə, idman zalı fəaliyyət göstərir. Burada təhsil alan şagirdlərin bir qismi dərsdən sonra evlərinə getsə də, bir qismi məktəbin yataqxanasında qalır.

Tahir Mirkişili məktəbdə aparılan təhsil prosesi, burada təhsil alan şagirdlərə yaradılmış şəraitlə yaxından tanış olub.

sumqayitxeber.com görüşdən fotoları təqdim edir:IMG_7181 IMG_7199 IMG_7203 IMG_7206 IMG_7216 IMG_7229 IMG_7235 IMG_7248 IMG_7260 IMG_7269 IMG_7295

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın