Menu
Geri İrəli

Sumqayıtın millət vəkili yaralı hərbçilərlə görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2014 • Baxış sayı: 982 dəfə • 1 şərh

Milli Məclisin üzvü Leyla Abdullayeva bu gün  Mərkəzi Hərbi Hospitalda son günlər cəbhədə yaralanan hərbçilərimizlə görüşüb. Modern.az xəbər verir ki, millət vəkili onların qəhrəmanlığına görə təşəkkür edib və bildirib ki, Ali baş komandanın rəhbərliyi ilə ölkəmiz düşmənə hər zaman layiqli cavab verməyə hazırdır. Görüş zamanı əsgərlərin yüksək əhval-ruhiyyəsi, qələbə və mübarizə əzmi xüsusuilə diqqət çəkib. Mərkəzi Hərbi Hospitalda pasiyentlər üçün hər cür şərait yaradıldığını bildirən deputat buna görə dövlət başçısına minnətdarlıq edib. Deputat yaralı əsgərlərin hər biri ilə söhbət edib, yüksək qayğı və diqqətə görə profesional həkim heyətinə, hospital rəhbərliyinə təşəkkürünü bildirib.

leyla-abdullayeva

Facebook Şərhləndirmə:

“Sumqayıtın millət vəkili yaralı hərbçilərlə görüşüb” yazısına bir cavab

  1. ilqar deyir:

    Qenire xanim Pawayevadan sonra bu addimi atan millet vekili LEYLA xanima halal olsun.Ewq olsun AZERBAYCAN ESGERINE. Yaralilara ALLAHDAN sefa dileyirem. Sehidlerimize ALLAH rehmet etsin qebirleri nurla dolsun valideyinlerine sebr versin.

Şərhinizi yazın