Menu
Geri İrəli

Sumqayıtın millət vəkili:”Azərbaycan dini tolerantlıq və digər sahələrdə nümunədir”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2014 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur
Sumqayıtın deputatı:"Azərbaycan dini tolerantlıq və digər sahələrdə nümunədir”

“Cənab Prezident İlham Əliyevin II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışındakı nitqi Azərbaycan gerçəkliklərini təqdim etmək baxımından çox əhəmiyyətli idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Ölkəmizdə müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin yaşadığını qeyd edən millət vəkili Azərbaycanın bu istiqamətdə bütün dünyaya nümunə olduğunu bildirib:

“Prezident İlham Əliyevin forumdakı çıxışında bütün bu gerçəkliklər yer alıb. Ölkə başçısı dünyaya bir daha Azərbaycanda bütün xalqlara, mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıldığı barədə məlumat verdi. Prezident İlham Əliyevin çıxışında toxunduğu bütün məsələlər çox vacib və əhəmiyyətlidir.

Dünyanın tanınmış siyasi elitasının qatıldığı tədbirdə ölkə başçısının bu nitqi Azərbaycanın modern, tolerant, insanlara və onların seçimlərinə hörmət edən ölkə olduğunu bir daha göstərdi. Ölkəmizdəki bugünkü mövcud şəraiti, müxtəlif xalqların bir arada yaşamasını, Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir ölkəyə çevrildiyini təqdim etmək vacib və əhəmiyyətlidir. Bu gün Azərbaycan multikulturalizm, dini tolerantlıq, o cümlədən digər sahələrdə nümunədir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın