Menu
Geri İrəli

Sumqayıtın millət vəkilinə vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2014 • Baxış sayı: 816 dəfə • Şərh yoxdur

musa qasimliTarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

ANS PRESS-in AMEA-nın saytına istinadən məlumatına görə, bu gün keçirilən AMEA-nın Rəyasət heyətinin iclasında bir sıra kadr təyinatları aparılıb.

Belə ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın