Menu
Geri İrəli

Sumqayıtın modernləşən neft-kimya sənayesi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2016 • Baxış sayı: 1,759 dəfə • Şərh yoxdur

 Socar PolymerSumqayıtın modernləşən neft-kimya sənayesi bu gün özünün inkişaf dövrünü yaşayır.

Dövlət  başçısının  bu sahəyə olan  diqqəti, bununla bağlı tapşırıq və tövsiyələri   bütövlükdə Azərbaycanın neft-kimya sənayesinin perspektiv inkişafına göstərilən qayğının real təzahürüdür.

Azərikimya İstehsalat Birliyinin   2017-2019-cu illər üçün əsas  hədəf “Socar Polymer” də yeni tikilən Polipropilen və Polietilen  istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə polimer markalı xammallarla təmin etmək, maye xammala alternativ olan  qaz xammalların  tətbiqidir.Bu hədəflərə nail olunması üçün  Birliy   EP-300 qurğusunun  mövcud propan-propilen fraksiyasının  ayrılması bölməsinin rekonstruksiya etməklə avadanqlıqların məhsuldarlığının ildə  130 min tondan  190min tonadək çatdırılması  və yeni istehsalat qurğularının tikintisi layihələri həyata keçirir. “Azərikimya” İstehsalat Birliyinin  Etilen-Polietilen zavodunda hal hazırda modernizasiya proqramı çərçivəsində   təmir işləri gedir. Zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən  laboratoriyası da əsaslı təmir olunub.Zavodun istehsal etdiyi məhsullar dünya bazarlarına ixrac olunur.

2015 ci ilin sonunda istifadəyə verilən  Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun  layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur. 2013-cü ildə istismara verilmiş müasir tipli susoyutma qurğusu zavodda innovasiyalı texnologiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib.”

“SOCAR Polymer” layihəsi   öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən nəhəng  layihədir. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək. Hazırda ölkəmiz aşağı sıxlıqlı polietilen ixrac, eyni zamanda, yüksək sıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq. Layihə  ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə yanaşı, tələbələrin də zavodlarda təcrübə qazanmalarına imkan yaradacaq. Bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxaracaq. “SOCAR Polymer” şirkəti layihənin ətraf mühit komponentinə də xüsusi əhəmiyyət verir.

Hazırda tikintisi sürətlə gedən  Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı – 2008-2015-ci illər  çərçivəsində həyata keçirilir. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, azot gübrələrinin istifadəsi üçün əsas xammal qismində təbii qaz çıxış edəcək,istehsal üçün illik qaz sərfiyyatının 435 milyon kubmetr olması gözlənilir.Zavod gündəlik 1200 metrik ton Ammonyak və 2000 metrik ton karbomid istehsal edəcək. Bununla yanaş zavodda istehsal edilən azot gübrələri illik təxminən 650-660 min ton daxili təlabatı ödəyəcək və eyni zamanda  dünya bazarlarına ixrac olunacaq.Hal hazrda, Türkiyə karbamidin ixracı üçün əsas bazaar kimi nəzərdə tutulur.

 SOCAR tərəfindən bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodun tikintisinin 2017 ci ilin sonunda yekunlaşması və 2018 ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın