Menu
Geri İrəli

“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurası elan edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 116 dəfə • Şərh yoxdur

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub. Bununla əlaqədar olaraq, “Sumqayıt” Futbol Klubu Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil edib. Yeni stadionda baş tutan tədbirdə “Sumqayıt” FK-nun prezidenti Kamran Quliyev çıxış edərək Müşahidə Şurasının tərkibi haqqında məlumat verib. Əvvəlcə gələn qonaqları salamlayan klubun rəhbəri “Sumqayıt” FK-nun yeni strukturu haqqında danışıb. Quliyev Müşahidə Şurasının hansı məqsədlər əsasında yarandığına aydınlıq gətirərək şuranın vəzifələrini açıqlayıb. Qeyd edildiyi kimi Müşahidə Şurasına dəvət alan şəxslər birbaşa klubun təsisçiləri tərəfindən işə dəvət olunur. Şuranın əsas vəzifəsi ictimai iş olaraq klubun rəhbərini seçmək və ya işdən azad etmək, rəhbərliyə müəyyən təklif və tövsiyyələr vermək, klubun idarəetmə işinə nəzarət etmək, əlaqələrin genişləndirilməsi, kluba yeni investitsiyaların cəlb olunmasından və s. ibarət olacaq.Daha sonra Kamran Quliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.

Ardınca jurnalistlər klubun rəhbərliyi ilə birlikdə yeni stadionunla tanış olub. Yeni arenanın mətbuat konfransı otağı, fitnes zalı, soyunub-geyinmə və dopinq otaqlarında olan qonaqlar mərkəz haqqında fikir müdadiləsi aparıb. Quliyev isə öz növbəsində yeni stadionun tikintisində böyük rolu olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərikimya İstehsalat Birliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına öz münnətdarlığını bildirib.

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının tərkibi
1. Muxtar Babayev – “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri
2. Hacı Salayev – Millət vəkili
3. Elgin Həbibullayev – Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini
4. Vaqif Ömərov – “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri
5. Mürsəl Rüstəmov – “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri
6. Telman Salahov – Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı
7. Abdulla Məmmədov – Azərbaycan Respublikasının fəxri bədən tərbiyyəsi və idman işçisi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın