Menu
Geri İrəli

Sumqayıtın neçə “Qardaş”ı var?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2012 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur
Dünya şəhərləri arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. Həmin il Fransada Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradılıb. Lakin qardaşlaşmış şəhərlərin ilkin forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olmuşdur. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.
İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı və Sumqayıt bu siyahıda liderlik edir. Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Fedarasiyasının üzvüdür.
Sumqayıtın xarici ölkələrin şəhərləri ilə qardaşlamış şəhərləri aşağıdakılardır:
1.  Lüdviqşafen, Almaniya
2.  Bari, İtaliya
3.  Çerkassı, Ukrayna
4.  Cu Cou, Çin Xalq Respublikası
5.  Ceyhan, Türkiyə
6.  Rustavi, Gürcüstan
7.  Mogilyov, Belarus
8. Lints, Avstriya
9.  Piteşti, Rumıniya
10.  Aktau, Qazaxıstan
11.  Genuya, İtaliya
Facebook Şərhləndirmə:

Şərhinizi yazın