Menu
Geri İrəli

Sumqayıtın palçıqlı yollarından ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2015 • Baxış sayı: 638 dəfə • Şərh yoxdur

1037“Yağan yağış Sumqayıt şəhəri 51-ci məhəllədə yerləşən 2 saylı məktəbə gediş-gəlişi məhdudlaşdırır”.
Bu fikirlər məktəbdə təhsil alan valideynin redaksiyamıza göndərdiyi şikayətdə deyilir. Şikayətçi valideyn qeyd edir ki, yağış yağan zaman məktəbə gedən yolu keçmək mümkün deyil. Uşaqları ağ paltarla məktəbə yola salıb, palçığa bulaşmış qara paltarda qarşılayırıq. Asfalt örtüyü yararsız vəziyyətdədir. Məktəbə gedən bu yol nəinki şagirdlərə və müəllimlərə, o cümlədən adıçəkilən məhəllədə yaşayan sakinlərin mənzil başına çatmasına da problemlər yaradır. Yolun vəziyyəti o dərəcədə bərbad haldadır ki, hər an o yolda qəzalar baş verə bilər. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu məsələylə bağlı tədbir görsünlər.
XeberLent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın