Menu
Geri İrəli

Sumqayıtın qaz təhcizatı yenidən qurulur – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2016 • Baxış sayı: 974 dəfə • Şərh yoxdur


qazSumqayıtın qaz təhcizatı yenidən qurulur, yeni “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xəttləri yeniləri ilə əvəz edilir. “Azəriqaz” İstehsalat Birliyi  Sumqayt  Qaz İstismar Sahəsinin də   əsas məqsədi   istehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin istehlak olunan qazın dəyərinin istehlakçılar tərəfindən tam həcmdə və vaxtında ödənilməsidir.

sumqayitxeber.com xəbər verir ki, Sumqayt Qaz İstismarı sahəsində 2016 cı ilin 6 ayı ərzində qəbul edilmiş təbii qazn miqdarı 234 min 64 kubmetr, satışı 209 min 208 kubmetr təşkil edib. 2015 ci ilə nəzərən 2016 cı ilin 6 ayı ərzində   qaz itkisi 2,9 faiz azalıb.Abonentlərin qaz təhcizatının yaxşılaşdırılması, itkilərin azaldılması məqsədi ilə QİS tərəfindən şəhərə gələn 273 mm-lik “Şəhər-1”,”Şəhər -2” orta təzyiqli qaz kəmərlərinin yenidən qurulması üçün diametric  315 millimetrlik 4500 p/m yeni polietilen qaz kəmərləri çəkilib.Kimyaçılar qəsəbəsi və “Xəzər bağları” yaşayış massivində 4620 p/m diametri  57 milli metrlik,1650 p/m diametri 76 mm-lik və 330 p/m diametri 108 mm-lik yeni qaz kəmərləri çəkilərək istismara  verilib, 4 ədəd diametri 50 mm-lik siyirtmə quraşdırılıb.Corat qəsəbəsində 671 p/m müxtəlif diametrli qaz xətləri quraşdırılıb. Hacı Zeynalabdin qəsəbəsinin 5-ci məhəlləsində 335 p/m diametri 89 mm-lik qaz kəməri,5 ədəd yeni qaz tənzimləyici şkaf və 1 ədəd qaz tənzimləyici qurğu quraşdırılıb.

qaz2

 Sumqayıt Qaz İstismar Sahəsinin (QİS) baş mühəndisi açıqlamasında bildirib ki, Sumqayıt Qaz İstismar Sahəsinin xidməti ərazisində 140 ədəd qaz sayğacı həyətyanı  sahələrdən küçəyə çıxarılıb,150 ədəd qaz sayğacı yeni çəkilmiş qaz xəttlərinə qoşulub və 28 ədəd sənaye abonentlərin qaz sayğacı mənbəyə çıxarılıb: “Şəhər Qaz İstismar Sahəsinin xidməti ərazisində müxtəlif diametrli qaz kəmərlərində 1214 ədəd qaz sızması qaynaq vasitəsi ilə ləğv olunub,2214 ədəd yivli birləşmələrdən qaz sızmalarının qarşısı alınıb,121 ədəd qaz  tənzimləyici şkaf təftiş və təmir edilib.Sumqayıt şəhəri və onun ətraf qəsəbələrindəki yaşayış fondunda yeni əhali abonentlərinə 413 ədəd və sənaye sektorunda yeni abonentlərə 49 ədəd “Smart- kart” tipli qaz sayğacı quraşdırılıb,ümumilikdə xidmət ərazisində 4012 ədəd mexaniki qaz sayğacı “Smart” tipli qaz sayğacı ilə,309 ədəd işlək vəziyyətdə olmayan “Smart” tipli qaz sayğacı yeniləri ilə əvəz olunub. 41 min 76 mənzildə qaz cihazlarına proflaktik xidmət göstərilib,əhali ilə istehlak edilmiş qazın dəyərinin ödənilməsi barədə izahat işləri aparılıb və abonenetlərə qazdan təhlükəsiz istifadə qaydalarına dair təlimatlar verilib.”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın