Menu
Geri İrəli

Sumqayıtın səhiyyə işçiləri qanvermə aksiyasına qoşulublar

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Ş.Nəzərli. Sumqayıtın səhiyyə müəssisələri əməkdaşları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyasına qoşulublar.

Sumqayıt şəhər səhiyyə şöbəsindən salamnews-a verilən məlumata görə, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan komponentləri ilə təchiz etmək üçün keçirilən aksiyada şəhərin 350-dək tibb işçisi qan vermək üçün müraciət edib.

Səhiyyə Nazirliyinin Elmi–Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi briqadası tərəfindən tibbi müayinə keçirildikdən sonra onlardan 180 nəfərinin qanı tədarük üçün yararlı sayılaraq götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın