Menu
Geri İrəli

“Sumqayıt”ın sabiq futbolçusu özünə klub tapdı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2013 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

Mövsümlərarası fasilə zamanı “Sumqayıt”ın yollarını ayırdığı Murat Doymuş özünə yeni klub tapıb. Sportarena.az xəbər verir ki, Almaniya doğumlu olan türk mənşəli futbolçu yaşadığı ölkədə yenidən çıxış edəcək. “Sumqayıt”a ötən yay Almaniyanın “Berliner AK 07” klubundan gələn Murat karyerasını yenidən Regionalliqa klubunda davam etdirəcək. Belə ki, 27 yaşlı mərkəz müdafiəçisi yenə paytaxt Berlində çıxış edəcək. O, Regionalliqanın debütantı “Viktoriya 1889”la müqavilə bağlayıb. Qeyd edək ki, Murat Doymuş “Sumqayıt”da keçirdiyi bir mövsüm ərzində 26 oyun keçirmiş və 1 qola imza atmışdı.

images

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın