Menu
Geri İrəli

Sumqayıtın “Şərq Bazarı” problemi həll olunur- ərazidə yeni ticarət mərkəzi tikiləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2017 • Baxış sayı: 3,478 dəfə • 9 şərh

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” problemi həll olunur. Sumqayitxeber.com xəbər verir ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Şərq Bazarı”nda olub, buradakı mövcud vəziyyətlə yerindəcə tanış olub, aidiyyatı qurumlara tapşırıqlarını verib.

Qeyd olunub ki, buradakı mövcud vəziyyət şəhər sakinlərini ciddi narahat edir və şəhərdə son illərdə görülən abadlıq quruculuq işlərinə kölgə salır.

Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.

“Şərq Bazarı” ərazisində çalışan və  mülkiyyət sənədləri mövcud olan şəxslərin hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

Bu gündən etibarən artıq ərazidə söküntü işlərinə başlanılıb.

“XƏZƏR TV”nin reportajı

DSC_0004 DSC_0009 DSC_0022 DSC_0028 DSC_0034 DSC_0035 DSC_0038 DSC_0061 DSC_0070 DSC_0076 DSC_0079 DSC_0080 DSC_0081 DSC_0085 DSC_0087 DSC_0094 DSC_0097 DSC_0099 DSC_0104 DSC_0106

Facebook Şərhləndirmə:

“Sumqayıtın “Şərq Bazarı” problemi həll olunur- ərazidə yeni ticarət mərkəzi tikiləcək” yazısına 9 cavab

  1. Şahin Cəfərov deyir:

    Ela! Axır ki, Serq bazarına da növbə satdı. Bu ərazi çox baxımsız və bərbad gündə idi. Adam utanırdı ordan keçəndə.

  2. Zəminə deyir:

    Gözəl xəbərdir. Zakir müəllim dedisə edəcək.

  3. Gündüz İsmayılov deyir:

    Ordan maşınla keçmək olmurdu. Dünən mən də gördüm, Zakir Fərəcov orda idi. Bu xəbər sevindirdi bizi. Tezliklə ora abadlaşsa əla olardı.

  4. Qurban Kerimov deyir:

    Şəhərin mərkəzində belə bərbad yer olar??
    Zakir müəllim şəhərimizdə çox işlər gördü. İnşallah buranı da abadlaşdırar.

  5. Əhməd Quliyev deyir:

    Orda böyük ticarət mərkəzi tikilsə yaxşı olar. Hər gün zibili yandırırdılar tüstü şəhəri bürüyürdü. Yaxşı oldu ki, şəhər rəhbəri oranı da nəzərdən keçirdi

  6. Tahir deyir:

    Seherde ola ola bele yerin olduqundan xebersiz olmusam. Cox berbaddir bura. Abadlashsa yaxsi olar

  7. Müşviq Heydərov deyir:

    Artiq bu gun sokurduler. Yolun ortasında meyvə tərəvəz satarlar?

  8. Nurlan deyir:

    Sumqayıtı vaxtilə satıblar qarış qarış. İndi seheri temizlemek, abadlasdirmaq cox cetindir. Gorunen odur ki Zakir muellim onlarin ohdesinden layiqince gelir.

  9. Arif bağırov deyir:

    Buranı çoxdan abadlaşdırmaq lazım idi. 10 il öncə. Yenə də şükür ki, abadlaşır bura da. Ordan keçmək olmurdu.

Şərhinizi yazın