Menu
Geri İrəli

Sumqayıtın su təminatı yaxşılaşacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2012 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

 

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərinin böyük bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ceyranbatan Su Anbarından Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərin 684 metr uzunluğunda metal borulardan ibarət olan hissəsi korroziyaya uğradığından, vaxtaşırı su itkiləri yaranıb.

Hazırda həmin metal borular polietilen borularla əvəzlənir. Magistral kəmər istismara verildikdən sonra Sumqayıt şəhərinin 17-ci, 18-ci mikrorayonlarının, 42-ci məhəllə və Corat qəsəbəsinin, ümumilikdə 33 mindən çox sakinin içməli su təchizatı daha da yaxşılaşacaq. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprelin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın