Menu
Geri İrəli

Sumqayıtın 4 gənclər təşkilatı maliyələşdiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

Gənclər və İdman Nazirliyinin kollegiyasının 31 iyul 2006-cı il tarixli «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış proqramların (layihələrin) qismən maliyyələşdirilməsi haqqında» qərarını və «Ekspert-Məsləhət Şurası»nın Əsasnaməsini və Əsasnamələrə əlavə və düzəlişlərin edilməsi haqqında Kollegiyanın 30 oktyabr 2008-ci il tarixli qərarını, «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsinə əsasən Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün aşağıdakı mövzular üzrə müsabiqə keçirilmişdir:

Müsabiqədə iştirak qaydaları, layihənin yazılış forması və büdcə tərtibatına dair təlimat bütün dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən gənclər təşkilatlarına elektron poçt vasitəsilə göndərilmiş, Gənclər və İdman Nazirliyinin internet səhifəsində (www.mys.gov.az) yerləşdirilmişdir. Bundan başqa gənclər təşkilatlarının müsabiqəyə dair həm elektorn poçt, həm telefon vasitəsilə, həm də nazirlikdə qəbul edilərək sulları cavablandırılmış və məsləhətlər verilmişdir. Müsabiqə haqqında məlumatlar həm də müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

 Müsabiqəyə 113 təşkilat layihə təqdim etmişdir. Təqdim edilmiş layihələrin ümumi büdcəsi 3.626.090,05 manat,Gənclər və İdman Nazirliyindən istənilən məbləğ isə 3.237.959,29 manat təşkil edir.

 Müsabiqəyə 113 təşkilat layihə təqdim etmişdir. Təqdim edilən layihələrin 2-i müsabiqənin mövzusularına uyğun gəlmədiyindən 8 təşkilat isə gənclər təşkilatı olmadığından həmin təşkilatların layihələrinə baxılmamışdır.  102 gənclər təşkilatının layihələri müsabiqənin şərtlərinə uyğun olaraq təhlil edilmiş və aşağıdakı 71 gənclər təşkilatının layihəsinin qismən maliyyələşdirilməsinə qərar verilmişdir. Maliyyələşdirilən layihələrin ümumi büdcəsi 1.525.567 manat təşkil edir.

Müsabiqədə Sumqayıtda fəaliyyət göstərən aşağıda qeyd olunan gənclər təşkilatları da qalib gəlib:

  1. “Gənclərin Həmrəyliyi” İctimai Birliyi , Region gənclərinin sosial servislərdən fffektiv istifadə imkanları barədə bilik və bacarıqlarının artırılması
  2. “Demokratik Gənclər” , Cənub region gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanların artırılması
  3. Sumqayıt Tələbələr İttifaqı , Sumqayıt tələbələrinin innovativ gənclər sərgisi
  4. Sağlam Düşüncə” Gənclər Təşkilatı, “Tütünə yox” maarifləndirmə kampaniyası

Facebook Şərhləndirmə:

Şərhinizi yazın