Menu
Geri İrəli

Sumqayıtın yeni bulvarının gecə görüntüləri – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 5,713 dəfə • Şərh yoxdur
Share Button

Sumqayitxeber.com Sumqayıtın yeni salınan bulvarının gecə görüntülərini təqdim edir:

Qeyd edək ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın bir hissəsində işlər tamamlanmaq üzrədir.
Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.
Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək.

Foolar: Xəqani Əzizov

DSC_0013

DSC_0029

 


DSC_0014DSC_0001 DSC_0002 DSC_0004 DSC_0009

DSC_0016 (1) DSC_0018 DSC_0020 DSC_0024 (1) DSC_0028 (1)
DSC_0031 DSC_0032 DSC_0034 DSC_0035 DSC_0036 DSC_0038 DSC_0041 DSC_0042 DSC_0044 DSC_0045 DSC_0046

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın