Menu
Geri İrəli

Sumqayıtın yeni fotolarına bu saytdan baxa bilərsiniz

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2012 • Baxış sayı: 157 dəfə • Şərh yoxdur

www.azerbaijanphoto.com ünvanlı saytda ölkəmizin on minlərlə fotosu cəmləşib

www.azerbaijans.com saytının kollektivi tərəfindən hazırlanan sayt bu gün istifadəyə verilib. Saytda Azərbaycanın işğal olunmuş ərazilərindən başqa bütün bölgələrindən fotolara rast gəlmək mümkündür. Foto bazada kənd, şəhər və qəsəbələri əks etdirən on minlərlə foto yerləşdirilib.

Təqdim olunan bütün şəkillər layihə çərçivəsində peşəkar fotoqraflar tərəfindən çəkilib. Saytın istifadəçiləri bölgələr üzrə axtarış apararaq istədiyi fotonu izləmək imkanına malik olacaqlar.

Bir çox tarixi yerlərin foto görüntülərində rus, ingilis, türk, alman, ispan, fransız dilində
açıqlamalar verilib ki, bu da əcnəbi istifadəçilərin ölkəmizi yaxından tanımasında bələdçi rolunu oynayacaq.

Saytda layihənin həyata keçirildiyi müddətdə rast gəlinən və maraqlı faktları özündə əks etdirən video görüntülərdən ibarət bölmə də mövcuddur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın