Menu
Geri İrəli

Sumqayıtın yeni icra başçısının deputat qardaşı: “İlham Əliyevə təşəkkür edirik”

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 799 dəfə • Şərh yoxdur

????????“Zakir Fərəcov da, mən də prezident İlham Əliyevin sıravi əsgəriyik”.

Bunu açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin yeni icra başçısı Zakir Fərəcovun qardaşı, millət vəkili Nazim Fərəcov deyib.

Qardaşının yeni vəzifəyə təyin olunmasına münasibət bildirən N.Fərəcov ailəsi adından ölkə başçısına təşəkkür edib: “Təyin olunduğumuz bütün vəzifələrdə dövlətimizə xidmət edirik. Həmçinin qarşıdan parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyasından məsləhət bilinsə, yenidən namizədliyimi irəli sürülərsə, bundan sonra da dövlətimizə xidmət etməyə canla-başla hazırıq.

Cənab prezident hansı qərarı verirsə, biz ona çox yüksək qiymət veririk. Bir daha cənab prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Zakir Fərəcov Abşeronun icra başçısı postundan çıxarılaraq Sumqayıta başçı təyin edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın