Menu
Geri İrəli

Sumqayıtın yeni yaşayış məntəqələri telefonlaşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2013 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

Yeni salınan yaşayış məntəqələrinin tam telefonlaşdırılması istiqamətində işlərə başlanılıb. “Aztelekom” İB-dən verilən məlumata görə, bu istiqamətdə Sumqayıtda St.Sumqayıt, 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsi istiqamətində müvafiq tədbirlər görülür.

ictnews xəbər verir ki, hazırda Sumqayıtda hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədəd olub ki, bu da respublika üzrə statistik göstəricidən 1,8 ədəd çoxdur.

Bu gün şəhərdə genişzolaqlı internet istifadəçilərinin də sayı artıb. Belə ki, şəbəkənin yeni NGN texnologiyası əsasında qurulması nəticəsində abunəçilərin sayı 13473 ədədə çatıb. Hazırda qovşaq üzrə şəbəkədə ümumi montaj tutumu 62310 ədəd, istifadəçilərin sayı isə 57388-ə çatıb ki, sözügedən layihələrin həyata keçirilməsi ilə yaxın vaxtlarda bu sahədə də böyük dəyişikliklər baş verəcək. Rəvan

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın