Menu
Geri İrəli

Sumqayıtın yol infrastrukturu yenidən qurulur – FOTO (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2017 • Baxış sayı: 3,882 dəfə • 10 şərh
Share Button

DSC_5690

Son zamanlar Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində şəhərdə kompleks yenidənqurma işləri aparılır. Görülmüş işlər çərçivəsində xüsusilə yol infrastrukturunun yenidən qurulmasını qeyd etmək lazımdır.

Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə gələn hər kəs bu şəhərdə baş verən dəyişiklikləri heyrətlə qarşılayır: qısa müddət ərzində şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilmiş, nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılmışdır. Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri, küvetlər çəkilmiş, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilmişdir.
Ölkə başçısı ilə keçirilən görüşdə şəhər rəhbərliyinin də bildirdiyi kimi, qısa müddətdə Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulmuş, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunmuşdur. Yolun eni genişləndirilərək 13 metrə çatdırılmış, 112 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları çəkilmiş, hasarlar aqlay daşı ilə üzlənmiş, yolkənarı obyektlər təmir olunmuşdur. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün parklar salınıb, işıqlandırma sistemi quraşdırılmışdır.

sahil

Sumqayıt-Novxanı-Pirşağı yolu   əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

27 Sentyabr 2016-ci il tarixdə əsaslı təmirdən sonra Sahil və Sülh küçəsinin açılışı zamanı prezident İlham Əliyev Novxanı-Pirşağı və Sumqayıt-Novxanı-Binəqədi yolunun əsaslı təmir olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən qısa müddət ərzində  sahil boyu 12.7 km uzunluğunda olan Sumqayıt-Novxanı-Pirşağı yolu   əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı,  həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni  3-4 m-dən 9 m-ə  qədər  genişləndirilib.

 Bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

 Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi iləpiyada səkiləri də tikilib, yola səki daşı düzülüb.  Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

Ümumilikdə isə 3 qat olmaqla 20 sm qalınlığında və 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırlıb,  yolda 5 min m2 üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

 Sumqayıt-Novxanı- Binəqədi yolu yenidən qurulur

 Sumqayıt şəhərinin yol infrastrukturunun yeilənməsinin tərkib hissəsi olaraq hazırda  ”Sumqayıt-Novxanı- Binəqədi” yolunda əsaslı yenidənqurma işləri həyata keçirilir.

14 km uzunluğunda olan Sumqayıt-Novxanı- Binəqədi avto

mobil yolunun bir hissəsində işlər yekunlaşmaq üzrədir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt-Novxanı- Binəqədi avtomobil yolunda görülən işlərlə tanış olub. İş icraçılarına tapşırıq və tövsiyyələrini verib.

Məlumat verilib ki, işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərədə yol yatağının bərkitmə işləri aparılır. Aidiyyəti qurumlar tərəfindən yeni su və kanalizasiya, kommunikasiya xətlərinin çəkilişi işləri aparılarır. Yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, əhalinin gediş-gəlişi xeyli asanlaşacaq.

Onu da qeyd edək ki,  Sumqayıt Şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar, eləcə də təmirə ehtiyacı olan prospekt və küçələr də mərhələli şəkildə təmir olunur. 

VİDEO REPORTAJ:

DSC_5675

DSC_5702DSC_5632 DSC_5634 DSC_5644

 İstifadəyə verilmiş Sumqayıt-Pirşağı yolundan fotolar:yol_temir_190617__(1) yol_temir_190617__(2) yol_temir_190617__(4) yol_temir_190617__(5) yol_temir_190617__(7) yol_temir_190617__(9) yol_temir_190617__(10)

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtın yol infrastrukturu yenidən qurulur – FOTO (VİDEO)” yazısına 10 cavab

  1. Serxan Bayramov deyir:

    Zakir müəllim şəhərimiz üçün həqiqətən də çox işlər gördü və görür. Yol isə daha önəmli idi. Pirşağı yolundan istifadə edirəm. Əladır. Çox qısa və rahat. Xüsusilə bilgəhə gedəndə. Çox sağ olun Zakir müəllim!

  2. Fəxriyyə deyir:

    Sülh və Sahil küçəsiçox rahatdır. Həqiqətən də Zakir Fərəcov icra başçısı olaraq bir çoxlarına nümunə olmalıdır. Qısa müddətdə şəhərdə bu qədər işlər görülür. Yolların təmiri isə daha vacib idi. İnşallah tezliklə Novxanı binəqədi yolu da təmir olunar.

  3. Arzu Cavadov deyir:

    Əla! Bu xəbərə ən çox sürücülər sevinir. Yollar rahat olanda insanlar da rahat olur. Əsəblərimiz də korlanmır. Çox sağ olun icra başçımız!

  4. Aynure Mustafayeva deyir:

    Bizim məhəlləmizə də yol çəkilib. Asfalt örtüyü dəyişdirilib. Çox sağ olsun başçımız həqiqətən də çox işlər görür. 8 ci mikrorayona girmək mümkün olmurdu qışda

  5. Babək Nəbiyev deyir:

    Sadəcə afərin! Görülən işləri təqdir edirik!

  6. Elcin Babayev deyir:

    Zakir müəllim Sumqayıt üçün çox işlər gördü. Bu gün də yorulmadan iş başındadır. Yeni layihələr həyata keçirir. Bunu yalnız şəhəri sevən şəxs edə bilərdi. Zakir müəllim edir. Şəhərimizi sevir ki, edir. Hər kəs dəstək olmalıdır ki, şəhərimiz daha da gözəlləşsin. Yaşana bilən şəhər olsun. Ən azı görülmüş işləri qorumaqla biz dəstək ola bilərik…gəlin, düşünək

  7. Emin deyir:

    Gərək axşam Pirşağı yolu ilə gəlim şəhərimizə. Gözəl alınıb yol. Təşəkkürlər

  8. Gulnara deyir:

    Sumqayıt son zamanlar çox dəyişib. Fotolardan baxanda tanımıram. Çox gözəldir!

  9. Aybeniz deyir:

    Zakir Ferecov Sumqayit sheherini cox gozelleshdirdi.Oz sheherini ,vetenini seven bir shexsdir.Cox shukur bu sheherin cani paxlava, tort bishiren povordan qutardi.Sheher resmen ag gune cixib.Men inaniram ki, bizim Bashcimiz bu sheheri avropa olkelerinin bir sira qabaqda geden sheherleri sirasina qatacaq.Allahdan can sagligi dileyirem!

  10. Nəzakət deyir:

    Zakir müəllimə ilk növbədə Sumqayıtda salınmış o gözəl parka görə təşəkkür edirəm. Mənim və dostlarım üçün əvəz olunmazdı. Cünki Həmişə yaxşı mənada Bakıya bulvara gedəndə paxıllıq etmişəm. Biz seherler ora düşəndə ne qeder yaşlı insanların rahatlıqla gəzdiyini görürürük, biz də həmçini. Buna görə hədsiz təşəkkürlər………. Ürəyimiz aqrayır kimsə bizim gözəl parkımızı çirklədəndə. Az qalırıq dalaşaq. Ancaq bircə xahişim var. H.Z.Tağıyev qəsəbəsinə də yol çəkilsin. İnşallah.

Şərhinizi yazın