Menu
Geri İrəli

Sumqayıtın yol infrastrukturu yenilənir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2016 • Baxış sayı: 1,412 dəfə • Şərh yoxdur

141120164036-sujet-sumqayit-yollSumqayıtlılara şad xəbərimiz var. Şəhərin əsas giriş istiqamətindən uzun illərdir ki, problemə yol açan alternativ yol məsələsi həll olunacaq.

Sumqayıtda hər kəsin Metallurq kimi tanıdığı Yəhya Məmmədov küçəsi şəhərin alternativ yoludur.Yolun bərbad vəziyyətdə olması daim şəhər sakinlərinin narazılığına səbəb olur. Sumqayıt şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəsmisi Babək Atakişiyev ARB TV-yə bildirdi ki, sözügedən yol əsaslı təmir ediləcək və avtomobillərin rahat hərəkəti təmin olunacaq. Həmçinin sənaye zonasında işləyənlərin rahat hərəkəti üçün əlavə olaraq səki salınacaq. Bakı-Quba şossesinə qədər davam etdiriləcək abadlaşdırma çərçivəsdində yola yüksək keyfiyyətli asfalt örtüyü də döşənəcək.  Eyni zamanda avtomobil yolu hər iki tərəfə doğru 20 metr genişləndiriləcək.

Ramil Zeynallı, ARB TV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın