Menu
Geri İrəli

Sumqayıtlı əsgər məzuniyyəti müddətində çalışdığı müəssisəni unutmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2012 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodundan hərbi xidmətə çağrılmış gənc mütəxəssis Fizuli Məlikov əsgəri məzuniyyəti müddətində çalışdığı müəssisəyə gələrək, doğma kollektivin üzvləri ilə görüşüb.

Fizuli Məlikov hələ Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil aldığı illərdə qazandığı uğurlara görə ARDNŞ-in diqqətini cəlb etmiş və Şirkətin ilk tələbə təqaüdçüləri sırasına daxil edilib. Bir müddət ADNA-da təhsil aldıqdan sonra Dövlət Neft Şirkətinin xətti ilə Almaniyanın Axen Tətbiqi Elmlər Universitetinə göndərilən Fizuli Məlikov orada ali təhsilini başa vuraraq, mühən­dis-energetik ixtisasına yiyələnmiş və Şirkət rəhbərliyinin göndərişi ilə «Azərikimya» İB-nin Buxar-generator kompleksində mühəndis-energetik vəzifəsinə işə qəbul edilmişdir. Əmək fəaliyyətinə başladığı ilk günlərdən Azərbaycanın və Almaniyanın nüfuzlu təhsil ocaqlarında qazan­dığı elmi bilikləri həvəslə istehsalata tətbiq etməyə çalışan gənc energetik qısa müddət ərzində çalışdığı kollektivin rəğbətini qazanmışdır.

Hərbi xidmət müddətində də Fizuli Məlikov özünü nümunəvi, içdiyi hərbi anda sadiq bir əsgər kimi göstərərək, komandirlərin verdikləri bütün əmr və tapşırıq­ları layiqincə yerinə yetirir.

Doğma kollektiv tərəfindən çox səmimi və mehribanlıqla qarşılanan  Füzuli Məlikov sex və istehsalat sahələrində iş yoldaşları ilə görüşmüş, kimyaçı dostlarına əsgəri xidmətin­dən, hərbi hissədə onlara yaradılan yaxşı şəraitdən, Azər­­baycan əsgə­rinin yüksək hərbi hazırl­ığından, müasir hərbi texnikanın sirlərinə yiyələnməyin vacib­li­yin­dən, döyüş əzminin çox yüksək səviyyədə­ olma­sın­dan və Ordumuzun Ali Baş Koman­danın istə­nilən əmrini hər an yerinə yetirməyə qadir olduğun­dan söhbət açmışdır.

Əsgər Füzuli Məlikov hərbi xidmət müddətində kimyaçı əsgərləri daim diqqət mərkəzində saxla­dıqlarına, bayram sovqatları ilə bilavasitə hərbi hissəyə gələrək, ona və döyüşçü dostlarına baş çəkdiklərinə görə «Azərikimya»nın və çalışdığı müəssisənin rəhbərliyinə, Birliyin Həmkarlar İttifaqı Komi­tə­sinə əsgər dostlarının dərin minnətdarlığını çatdırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın