Menu
Geri İrəli

Sumqayıtlı alim yeni vəzifəyə təyin olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2011 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Şəfa Əliyev Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsinə təyin edilib

Bu yaxınlarda redaksiyamıza yeni xəbər daxil olmuşdur. Həmyerlımız, iqtisad üzrə fəlsəfə doktoru Şəfa Əliyev Bakı şəhərində yeni vəzifəyə təyin edilmişdir. Azərbaycan Respub-likası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Fizuli Ələkbərovun əmri ilə Şəfa Əliyev Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Şəfa Əliyevin doğma Azərbaycanımızın paytaxtı Bakı şəhərinin sosial-iqtisadi inkişafına da dəyərli töhvələr verəcəyinə inanırıq.

Məlumat üçün bildiririk ki, Şəfa Əliyev bu təyinata kimi Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Ümumilikdə, onun əmək fəaliyyəti Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. 1981-2011-ci ilədək o bir sıra mühüm vəzifələrdə səmərəli fəaliyyət göstərmiş, o cümlədən komsomol orqanlarında rəhbər vəzifələrdə, “Etilen-Polietilen” zavodunun baş iqtisadçısı, “Səthi aktiv maddələr” zavodunun direktor muavini, “Azərkimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında (Moskva şəhəri) nümayəndəliyinin başçısı, “Sintez-Kauçuk” zavodunun direktoru, “Azərkimya” Dövlət Şirkətinin vitse-prezidenti kimi mühüm vəzifələrdə işləmişdir.

Şəhər ictimaiyyəti, ziyallıları və gəncləri arasında xüsusi nüfuza malik həmyerlimizə bu yeni təyinatında da səmərəli fəaliyyət və uğurlar arzulayırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın