Menu
Geri İrəli

Sumqayıtlı alimlərin xatirəsi yad edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2011 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Şəhər ictimaiyyətinin nümayəndələri “20 Yanvar” faciəsi zamanı şəhid olmuş sumqayıtlı alimlərin xatirə abidəsini ziyarət ediblər
Bu gün Sumqayıt şəhər idarə, müəssisə və təşkilat rəhbərləri Bakı-Quba yolunun 24-cü km-də, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “20 Yanvar” faciəsində şəhid olmuş Sumqayıt alimlərinin xatirə abidəsini ziyarət ediblər. Faciənin 21-ci ildönümü ilə əlaqədar xatirə abidəsini ziyarət edən şəhər ictimaiyyətinin nümayəndələri abidə önünə tər çiçəklər düzüblər.

Qeyd edək ki, abidənin ucaldığı ərazidə 1990-cı ilin yanvar ayının 24-də Azərbaycanın görkəmli alimləri, professorlar – İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gələrkən imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.

“20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar sabah Sumqayıt rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri şəhərdə yerləşən 20 Yanvar abidəsini və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın