Menu
Geri İrəli

Sumqayıtlı ananı xilas edək!

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2014 • Baxış sayı: 514 dəfə • Şərh yoxdur
Əks halda bu gənc qadın 6 ay müddətində dünyasını dəyişə bilər
Xəstə bir anaya görə Sumqayıtın deputatlarına, imkanlı şəxslərinə, iş adamlarına müraciət edilir

Şəkildə gördüyünüz 43 yaşlı Səidə Rzayevadır. Bu gənc qadının iki böyrəri də işləmir. İki uşaq anasıdır. Çox açınacaqlı şəraitdə yaşayırlar. Böyrəklərinin dəyişdirilməsi və yenidən birböyrəyinin işləməsi üçün 50 min manat civarında vəsait lazımdır. Bu məbləğin cüzi bir hissəsini Səidənin qohumları və qonşuları toplayıblar. Həyat yoldaşı da fəhləçilik etdiyindən həmin məbləği qazana bilmir. Onun qazandığı çörək pulunu da həyat yoldaşı, iki uşağının anası Səidə üçün dərman və həkim pulu olaraq xərcləyir. Səidənin ailəsi Sumqayıtın imkanlı adamlarına, iş adamlarına və eləcə də Sumqayıtdan seçilən deputatalara müraciət edir ki, onun tezliklə Türkiyədə əməliyyat olunub, həyata qayıtmasına kömək olsunlar. Əks halda bu gənc qadın 6 ay müddətində dünyasını dəyişə bilər.
“Biz eyni zamanda Respublikamızın imkanlı adamlarına da üz tutub xahiş edirik ki, gənc bir ailənin, gənc bir qadının həyatda qalmasına yardımçı olasınız. Səidə Rzayevaya tibb müəssisəsindən verilən arayış və bank hesabını da burada yerləşdirirəm. Tanrı eşqinə paylaşın və bacardığınız qədər kömək edin”, – deyə xəstənin doğmaları söyləyib.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın