Menu
Geri İrəli

Sumqayıtlı Aygün nişanlısı ilə

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 1,376 dəfə • Şərh yoxdur

Bir müddət öncə nişanlanan gənc ifaçılar Sabir Əhmədov və Aygün Rəhimovanın toyu yayda olacaq.

Bu barədə Axşam.az-ın müxbirilə söhbətində Sabirin özü deyib.Onun sözlərinə görə, Aygünü uşaqlıqdan tanıyırmış:
“Ailələrimiz yaxın dost olub. Heç gözləmədiyimiz anda bir-birimizə qarşı hisslərimiz yarandı. Elçilik, ailə arasında nişan oldu. Toyu yayda edəcəyik. Ya iyun, ya da avqustda baş tutacaq. Bu məsələni Aygün özü dəqiqləşdirəcək. Hər şeyin onun arzuladığı kimi olmasını istəyirəm”.

Sabir deyib ki, toyda Aygünə hədiyyəsi olacaq:

“O, elə bir xanımdır ki, heç bir özəl istəkləri olmur. Aygünü maraqlandıran yanında özünə layiq kişinin varlığıdır. Bu onu xoşbəxt edir. Hazırda Aygünün avtomobili yoxdur. Əgər istəsə, mən indi də bunu reallaşdıraram. Amma istəmir. Düşünürəm ki, toy günü ona gözəl avtomobil bağışlayacağam”.

475390 918329 924439 367065 387083

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın