Menu
Geri İrəli

Sumqayıtlı azarkeş “Qəbələ”nin qaradərili futbolçusundan belə üzr istədi (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2014 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

Sumqayıtlı azarkeş

  Noyabrın 12-də “Sumqayıt” klubu ilə “Qəbələ” komandası arasında yoxlama oyunu keçirilməsi və həmin qarşılaşmada rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səslənməsi barədə xəbər vermişdik. Musavat.com xəbər verir ki, “Sumqayıt” futbol klubu həmin hadisəyə səbəb olan azyaşlı azarkeşi tapıb. 13 yaşlı Tural Rzayev adlı fanat onun səsləndirdiyi şüarın Ekiqo Ehiosun səhv başa düşdüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzrxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib.

 Müraciətin mətni: “Əziz Ekiqo. Mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək olmuşam. Sənin komandanın oyununu stadiondan izləmişəm. Sənə dediyim söz düzgün başa düşülməyib. Əgər dediyim söz xətrinə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə heç təhqirə də yol vermir. Əgər müraciətimi qəbul edirsənsə, növbəti “Sumqayıt” – “Qəbələ” oyununda səninlə şəkil çəkdirmək istəyimi də qəbul edərsən”.
ftbol-uzr img1679032 img1679033
Facebook Şərhləndirmə:

Şərhinizi yazın