Menu
Geri İrəli

SUMQAYITLI “CƏSURLAR” ZONA BİRİNCİLİYİNİN QALİBİDİR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2013 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

“Cəsurlar” Respublika hərbi-idman və turizm oyunun 04 mart 2013-cü il tarixində Xaçmaz şəhərində zona birinciliyi (Quba-Xaçmaz zonası üzrə) keçirilmişdir. Yarışda Sumqayıt şəhərini, Abşeron, Siyəzən, Xızı, Şabran, Qusar, Quba və Qubadlı rayonlarını təmsil edən komandalar iştirak etmişdir. Sumqayıt şəhəri üzrə Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi altında Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin komandası iştirak etmişdir.

Gərgin mübarizədən sonra yarışın nəticələrinə əsasən Sumqayıt şəhərinin komandası “Cəsurlar” Respublika hərbi-idman və turizm oyununun zona birinciliyinin qalibi olmuşdur. Şabran rayonunun komandası ikinci, Qusar rayonunun komandası isə üçüncü yerə layiq görülmüşdür. Qalib komanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edilmiş və “Cəsurlar” hərbi-idman və turizm oyununun Respublika finalında iştirak etmək hüququ əldə etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın