Menu
Geri İrəli

Sumqayıtlı cibgir Bakıda ələ keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2015 • Baxış sayı: 585 dəfə • Şərh yoxdur

hebsBakıda avtobusda oğurluğa cəhd edən Sumqayıt şəhər sakinindən narkotik vasitə götürülüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayev tutulub.

Saxlanılan şəxs martın 28-də 88 saylı xətt avtobusunda Bakı şəhər sakini Zenfira Sadıqovanın çantasından içərisində 73 manatı olan pul kisəni açıq talama yolu ilə aparmağa cəhd göstərib.

Ondan 1,3 qram heroin də götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın