Menu
Geri İrəli

Sumqayıtlı deputat namizədliyini niyə geri götürüb?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2015 • Baxış sayı: 988 dəfə • 2 şərh
leyla-abdullayeva“Leyla Abdullayevanın deputatlığa namizədliyini geri götürməsinin səbəbi yeni vəzifəyə təyin olunmasıdır”.Bunu virtualaz.org saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.Onun sözlərinə görə, millət vəkilinin yeni təyin olunduğu vəzifə ilə yanaşı deputatlıq fəaliyyəti göstərməsi qanunvericiliyə ziddir:
“Bununla əlaqədar olaraq da o, seçki marafonundan geri çəkilib. Hansı vəzifəyə təyin olunması barədə isə heç bir məlumat verə bilmərəm. Səhv etmirəmsə, indiyə qədər Sumqayıtda orta məktəbdə çalışırdı”.
Yeni Azərbaycan Partiyasının Leyla Abdullayevanın namizədlik irəli sürdüyü dairədən kimin namizəd olacağına gəlincə isə H.Paşayev deyib ki, həmin dairədən kimin dəstəklənəcəyi hələ bəlli deyil:
“Seçki Məcəlləsinə müvafiq olaraq namizədin partiya, yaxud da fərdi qaydada irəli sürülməsi və prosedur qaydalarını yerinə yetirməsi fiziki cəhətdən mümkün deyil. Ona görə də həmin dairədən namizədlərin qeydə alınması bitdikdən sonra hər hansısa namizədin dəstəklənməsi barədə qərar qəbul edəcək. hazırda isə bu barədə heç bir qərar yoxdur”.
Qeyd edək ki, Leyla Abdullayeva 41 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.
Facebook Şərhləndirmə:

“Sumqayıtlı deputat namizədliyini niyə geri götürüb?” yazısına 2 cavab

  1. Murtuza deyir:

    Heyif kecən 5 ilə. Heyif o kresloya. Lal oturub- Lal durdu. Cox yoruldu, bir az dincəlsə yaxşıdir.

  2. Əli Turanov deyir:

    Leyla Abdullayeva təhsil şöbə müdürü vəzifəsini tutmağa hazırlaşır seçkilərdən sonra.

Şərhinizi yazın