Menu
Geri İrəli

Sumqayıt sakini Goranboyda yol qəzası törətdi: 2 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2013 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

Ötən gecə Goranboy rayonunda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 342-ci kilometrliyində, rayonun Nizami kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini Rafiq Qəhrəmanovun idarə etdiyi “PAZ-32054-07” markalı sərnişin avtobusu paytaxt istiqamətində hərəkətdə olarkən, Sumqayıt şəhər sakini Tural Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən arxadan vurulub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü və onun sərnişini 23 yaşlı İqbal Nəzərov ağır bədən xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Yol polisindən verilən məlumata görə, ilkin ehtimallara görə qəzanın baş verməsinə səbəb “VAZ 2107”-nin yüksək sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın təfərrüatları texniki ekspertizanın rəyindən sonra bilinəcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın