Menu
Geri İrəli

Sumqayıtlı gəncin “Sən Tək deyilsən” layihəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2012 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur
Share Button

İctimai-fəal gəncAyaz Abuşov Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin avqust ayından etibarən “Sən Tək deyilsən” mövzununda yeni layəsini həyata keçirəcək.

Layihə çərçivəsində də əsas prioritet məsələ Xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq, onların istedadlarının üzə çıxarılmasında və bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır.Layihə 1 ay müddətində xüsusi qayğıya ehtiyacı olan məktəbli uşaqlar arasında keçiriləcək.

Bu layihənin əsas məqsədi;
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların bilik və bacarıqlarının müəyyən olunması;
- Xüsusi istedadların üzə çıxarılması;
- Bu bacarıqların inkişafına motivasiya verilməsi;
- Bu bilik və bacarıqların inkişafını təmin etmək üçün dayanaqlılığı qorunması.
- Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə adaptasiyası təmin edilməsidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın