Menu
Geri İrəli

Sumqayıtlı gənclər Azərbaycanı İspaniyada təmsil edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

“Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyi Azərbaycanı İspaniyada təmsil edəcək . 

gencler

Birlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə,   “Avropa Tələbələr Forumu-Sumqayıt”ın baş katibi Orxan Ədalətli hal -hazırda Avropa Tələbələr Forumu Assosiasiyasının İspaniyanın Zaraqoza şəhərində keçirilən Ümumi Toplantısında iştirak edir.

Toplantının əsas məqsədi AEGEE-Avropaya üzv olan təşkilatların hesabatlarını dinləmək və növbəti altı ayda görüləcək işlərin planını müzakirə etməkdir. 30 oktyabr – 03 noyabr tarixlərini əhatə edəcək toplantı Avropanın 243 şəhərindən 1000-ə yaxın fəal üzvünü bir araya gətirib.
Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de lEurope), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 20.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın