Menu
Geri İrəli

Sumqayıtlı gənclər bütün dünyada məşhurlaşa bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2013 • Baxış sayı: 128 dəfə • Şərh yoxdur

ANS telekanalında yayımlanan “Adam içində” verilişində şok olay. ANS PRESS-in məlumatına görə, əgər bu subut olunsa proqramda dünyada analoqu olmayan hadisə baş verəcək. Sumqayıt şəhərində yaşayan iki dindar gənc “Adam içində” verilişinə gələrək başqa planetin adamları ilə əlaqə qurduqlarını bildirib.

Gəncin bildirdiyinə görə hələlik adı məlum olmayan planetin sakini gənclərin biri ilə gecə saatlarında Sumqayıt şəhərində görüşərək müxtəlif informasiya ötürür və qəbul edir. Aparıcı Elgiz Əkbər onların bu sözlərini yalan və fırıldaq adlandıraraq dediklərinin sübutunu tələb edib.

Ötən gün gənclər dediklərini sübuta yetirən görüntüləri ANS televiziyasına təqdim ediblər. Televiziyanın rəhbərliyi də daxil olmaqla bir neçə şəxs görüntüləri nəzərdən keçirib və onu subut kimi efirdə göstərilməsini məqbul hesab edib.

Həftənin 5-ci günü bütün bu inanılmaz görüntülər göstəriləcək. Təbii ki, verilişə alimlər də dəvət olunacaq. Görüntülərin həqiqiliyi təsdiq olunsa bu gənclər bütün dünyada məşhur şəxslərə çevriləcəklər.

IMG_2617

Facebook Şərhləndirmə:

Şərhinizi yazın