Menu
Geri İrəli

Sumqayıtlı gənclərin layihələri dəstəkləndi – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2013 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycan Gənclər Fondu ikinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

2012-ci il dekabrın 26-dan 2013-cü il fevralın 15-dək elan edilmiş ikinci qrant müsabiqəsi çərçivəsində A (yerli layihələr), B (beynəlxalq layihələr) və C (fərdi layihələr) kateqoriyaları üzrə qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olmuş, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılmışdır. Beləliklə, A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunmuşdur. Müzakirələr nəticəsində Müşahidə Şurası A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Həmin layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır.

Şəhərimizin uğur qazanmış gənclər təşkilatları və fərdi olaraq layihələri dəstəklənən gəncləri isə bunlardır:

 

Kateqoriya A

1. “Avropa Tələbələr Forumu Sumqayıt” İctimai Birliyi- “Gənclərin ekoloji yaz düşərgəsi”- 6900 AZN

2. Demokratik Gənclər İctimai Birliyi – “Region gənclərinin sosial  xidmətlərdən effektiv istifadə bacarıqlarının artırılması- 5500 AZN

3. Gənclərin Həmrəyliyi İctimai Birliyi- Region gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera  imkanlarının artırlması- 4800 AZN

4.  “Sağlam Düşüncə” Gənclər Təşkilat İctimai Birliyi- “Ekologiyamızı fotolarda görək və göstərək”- 4700 AZN

5. “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İB- Gənclər arasında sağlam həyat tərzinin təbliği- 8300 AZN

6. Sumqayıt Tələbələr İttifaqı-  Sumqayıtda tələbələrin karyera inkişafı- 9800 AZN

7. “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Gənclər İB – “Gənclər arasında yol təhlükəsizliyinin təbliği- 5700 AZN

Kateqoriya C

1. Qocayev Eyvaz Vaqif oğlu -”Rok festival-gənc rokçulara dəstək” – 3900 AZN

2. Məmmədov Vüsal Mətləb oğlu “Rənglərin dili ilə – rəssamlara dəstək” layihəsi- 3600 AZN

3. Hüseynova Çinarə Vaqif qızı-  “Mən insanam” Qarabağ həqiqətləri kinofilimlərlə”- 2130 AZN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın