Menu
Geri İrəli

Sumqayıtlı gənc alim yeniliyə imza atıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 636 dəfə • Şərh yoxdur

fa68691305e9fdf574f9c4d867d07f123Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov kimya sahəsində yeniliyə imza atıb. Tehsil.im xəbər verir ki,  o işlənmiş yağı ilk dəfə olaraq  məhz torpaqla biodizelə çevirməyə müvəffəq olub.

Gənc alimimiz bir çox dünya alimlərinin etdiyi işlənmiş yağlardan biodizel istehsalına yenilik gətirərək katalizator kimi ağ torpaqdan istifadə edib və ən əsası işlənmiş yağın 99,35 %-ni biodizele çevirməyi bacarıb. İşlənmiş yağlar ekologiya üçün kifayət qədər zərərli olduğundan, hətta bir litr işlənmiş yağın bir milyon litr suyu korladığından belə bir addıma əl atan tələbəmiz uğurlu nəticə əldə edib.

Tələbəmiz artıq elmi işi ilə bir çox alimin diqqətini cəlb edib. Hal-hazırda tullantı plastik maddələrin və tullantı maşın təkərlərinin enerjiyə çevriləsi üzrə elmi araşdırmalar aparır.

Bəxtiyarın məqsədi, Azərbaycanda enerjinin neft və təbii qazdan asılılığını azaltmak, ekologiyanı çirkləndirən tullantılardan istifadə edərək ekoloji təmiz enerji əldə etməkdir.

“sumqayitxeber.com”a daxil olan məlumata götə Türkiyənin Qazi Universitetinin magistrantı Bəxtiyar Nəcəfov Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın