Menu
Geri İrəli

Sumqayıtlı gənc dünya çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 1,092 dəfə • 1 şərh

11186378_799960206767254_96966343_n

Tbilisidə karatenin şotakan növü üzrə 6-cı Dünya çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər. Azərbaycanın 6 yaşdan 14 yaşadək olan oğlan və qız karateçilərinin əksəriyyəti mundialı qələbə ilə başa vurublar. İdmançılarımız 12-si qızıl olmaqla 18 medal qazanıblar.

suqmayitxeber.com xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr arasında 70 kg çəki dərəcəsində yarışa qatılan sumqayıtlı idmançı Murad Hacızadə vətənə qızıl medalla qayıdıb.

“sumqayitxeber.com”-a açıqlamasında Murad Hacızadə bildirib ki, gürcüstanlı və rusiyalı idmançıları məğlub edərək finalda başqa bir gürcü idmaçı ilə qarşılaşıb. Final döyüşlərində rəqibini məğlub edərək  dünya çempionatının qalibi olub.

Qeyd edək ki, daha öncə gənc idmançı Avropa və Dünya kuboku mükafatçıs olub.

11216341_799960226767252_1688513844_n

11200880_799745086788766_247049095897455093_n

 

Facebook Şərhləndirmə:

“Sumqayıtlı gənc dünya çempionu oldu” yazısına bir cavab

  1. ulviyya deyir:

    men ulviyya mammedova tbilisidə karatenin şotakan növü üzrə 6-cı Dünya çempionatında 3 yere cixtim cox xosbextem cox sevinirem bu sevincide sizdernen paylasiram

Şərhinizi yazın