Menu
Geri İrəli

Sumqayıtlı gənc rəssam qalib olub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 539 dəfə • 1 şərh

nigar“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqələri qaliblərinin sərgisinin açılışını keçirib.

“168saat.com”un məlumatına görə, Dövlət himninin səslənməsilə başlanan tədbirdə TUMİB sədri Çingiz Bayramov çıxış edərək rəsm müsabiqəsinin qaliblərini təbrik edib. Ç. Bayramov tədbirin keçirildiyi gün – dekabrın 24-ü həm də Azərbaycan Prezidenti İlham Əliyevin ad günü olduğunu qeyd edib  və bu münasibətlə tədbir  iştirakçıları adından Prezidenti təbrik edib.

Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, münsiflər heyətinin üzvləri – əməkdar rəssam Aydın Rəcəbov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və İncəsənət Gimnaziyasının direktor müavini Kəmalə Kərimova çıxış edərək bildiriblər ki, Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fikrini rəhbər tutaraq keçirilmiş bu lahiyə yeniyetmə və gənclərimiz üçün bir Vətənpərvərlik örnəyidir.

Müsabiqədə iki nominasiya üzrə 14-18 yaşlı yeniyetmələr və 18-29 yaşlı gənclər mükafatlandırılıb. Daha sonra müsabiqə iştirakçıları diplomla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Dövlət Rəsm Qalereyasının texniki dəstəyi ilə “LN” sərgi salonunda təşkil edilən rəsm sərgisi dekabrın 27-dək davam edəcək.

Məlumat üçün bildirək ki, müsabiqənin qalibi olan gənclərdən biri sumqayıtlı gəncNigar Qurbanovadır. Gənc rəssam özü haqqında “168 saat”a açıqlamasında bunları deyib: “Məktəb illərində rəssamlıq və musiqi dərnəklərinə getmişəm. Rəsmə və rəssamlığa hələ uşaq yaşlarımdan böyük marağım olub və bu maraq məni Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə gətirib. 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecinin Qrafika fakültəsinə daxil olmuşam. 2009-cu ildə həmin Kolleci Qrafika ixtisası üzrə bitirmişəm. Təhsil müddətində Vəcihə Səmədova, Maral Rəhmanzadə və başqalarının əsərlərindən ilhamlanıb qrafika sənətinin incəliklərinə yiyələnmişəm. Rəsmlə yanaşı orta məktəb illərində musiqiyə də böyük həvəsim olub və skripka dərsləri almışam. Hal hazırda rəsm çəkməklə yanaşı boş vaxtlarımda skripkada ifa etməyi və şer oxumağı çox sevirəm. Xüsusilə Bəxtiyar Vahabzadə və Mikayıl Müşfiqin şerləri mənə ilham verir. 2010-cu ildə ailə həyatı qurmuşam. Uşaqları sevirəm, əsas ilham mənbəyim övladlarımdır. 2011-ci ildən Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgilərdə iştirak etmişəm. Hal hazırda fərdi sərgim üçün əsərlər işləyirəm”.

 Gənc rəssamın əsərlərindən bir neçəsini təqdim edirik:

Facebook Şərhləndirmə:

“Sumqayıtlı gənc rəssam qalib olub” yazısına bir cavab

  1. Elgun deyir:

    Tebrikler!

Şərhinizi yazın