Menu
Geri İrəli

Sumqayıtlı gənc xanımdan “Mesaj”- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2015 • Baxış sayı: 735 dəfə • Şərh yoxdur

Martın 28-də şairə Feyziyyənin “Mesaj” kitabının İmza günü keçirilib. 

10292

525.az xəbər verir ki,  “Adiloğlu” nəşriyyatında çap olunan kitab xanım yazarın ilk kitabıdır. Kitabda onun şeirləri, esseləri və hekayələri toplanıb.

Müəllif imza günü keçirilən kitabdan, onun dörd il əvvəl çap edilməsinə baxmayaraq indi təqdim edilməsinin səbəblərindən, gələcək planlarından danışıb: “Əslində “Mesaj” 4 il əvvəl, 2011-ci ildə çap edilib. Amma çap ediləndən sonra lazımi diqqəti göstərmədim. Çapdan, kitab evlərinə paylanandan iki il sonra taleyilə maraqlandım. Zaman keçdikcə insanın düşüncə tərzi, həyata baxışı, adamlara yanaşması dəyişir. Bu səbəbdən illər sonra anladım ki, “Mesaj” rəflərdə tozlanacaq kitab deyil. Onu oxuculara tanıtmaq lazımdır”.

Sonda şairə oxucuları maraqlandıran sualları cavablandırıb, onlar üçün kitab imzalayıb.


400334 405309 774451

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın