Menu
Geri İrəli

Sumqayıtlı gəncə şəhər icra hakimiyyətində vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2015 • Baxış sayı: 1,004 dəfə • Şərh yoxdur

1383431_817417474954501_750726990_nSumqayıt şəhərində icra başçısı dəyişikliyi baş verəndən sonra mütəmadi olaraq kadr islahatları da həyata keçirilir. Şəhərin idarə və müəssiələrində, eləcə də İcra hakimiyyətində daha gənc kadrlara üstünlük verilir. Belə ki, Sumqayıt şəhər İcra hakimiyyətində növbəti kadr dəyişikliyi baş verib.

Şəhər rəhbəri Zakir Fərəcovun müvafiq əmri ilə Ceyhun Məmmədov Sumqayıt şəhər İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi təyin olunub.

C. Məmmədov bu təyinata qədər Sumqayıt şəhər İcra Hakimiyyətinin Təmizlik departamentində mühəndis vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt təşkilatının İdarə Heyətinin üzvüdür. xeberle.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın