Menu
Geri İrəli

Sumqayıtlı gənclər Beynəlxalq Form təşkil etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2014 • Baxış sayı: 933 dəfə • Şərh yoxdur

Bakıda Beynəlxalq Gənclər Əməkdaşlıq Formu təşkil edilib

 sdgt-56

20-25 noyabr 2014-cu il tarixlərində “Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Şərq tərəfdaşlığı və Vışeqrad 4-ü: İmkanlar və Perespektivlər” mövzüsunda Beynəlxalq Gənclər Əməkdaşlıq Formu təşkil edib.

Bakı şəhərində təşkil edilən Beyləlxalq Gənclər Əməkdaşlıq Formu Şərq Tərəfdaşlığı və Visegrad 4-lüyü ölkələrininin gəncləri və gənclər təşkilatları arasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır.

Forum çərçivəsində Şərq tərəfdaşlığı (Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Ukrayna), Visegrad 4-lüyü ölkələri (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və eyni zamanda Şərq tərəfdaşlığı platformasının inkişafında maraqlı olan Latviya gənclərinin iştirakı ilə Beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarına təqdimatlar nümayiş etdirilib. Forumda ekspert qismində Beynəlxalq Vişeqrad Fondunun İctimai əlaqələr üzrə koordinatoru Jiri Sykora və Salto-Youth şəbəkəsinin Şərqi Avropa və Qafqaz ölkələri üzrə koordinatoru Andriy Pavloviç çıxış edirdilər.

Formun açılış mərasimində Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun Layihələr və Regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Polşanın Azərbaycandakı Səfirinin Katibi Konrad Wiklo iştirak edib. Tədbirin birinci günü forum iştirakçılarına Gənclər Fondunun, Beynəlxalq Vişeqrad Fondunun və yeni fəaliyyət başlamış Avropa ittifaqının Erasmus+ proqramının təqdimatları nümayiş etdirildi. Forumun növbəti günlərində iştirakçılar öz gözləntiləri və uğurlu təcrübələri ilə bölüşüblər, real əməkdaşlıq layihələrinin üzərində işləyiblər. Əməkdaşlıq Forum çərçivəsində hazırlanmış layihələr yekun formaya gətirilərək maliyyələşməsi və icra olunması məqsədi ilə fondlara təqdim ediləcək.

Qeyd edək ki, Şərq Tərəfaşlığı ölkələrinin layihələrinin maliyyələşdirmək təklifləri ilə çixiş edən Beynəlxalq Vişeqrad Fondu ilk dəfə Bakıya Forum çərçivəsində dəvət edilib.


sdgt987 sdgt6543

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın