Menu
Geri İrəli

Sumqayıtlı gənclər Mülki Müdafiə məşqi keçirdilər

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 22 Aprel 2014 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur

1972477_260354457478024_3654633116658171909_n (1)

 Aprel ayının 22-i Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayon Oğuz Qəbələ Su Kəməri idarəsində “Obyekt Mülki Müdafiə məşqi” keçirilmişdir. Məşqdə Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Abşeron rayon təcili tibbi yardım stansiyasının işçiləri o cümlədən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin əməkdaşları  və bölmənin  15 nəfərdən ibarət xüsusi geyimli mobil dəstə üzvləri  iştirak etmişlər.

Oğuz Qəbələ Su Kəməri idarəsinin ərazisində mobil dəstə üzvləri tərəfindən  çadır qurulmuş və bölməyə məxsus texniki avadanlıqlar yerləşdirilmişdir. Məşq zamanı Oğuz Qəbələ Su kəməri ərazisində süni yanğın törədilmiş, əraziyə yanğın söndürən maşınlar və kəşfiyyat qrupu daxil olmuşdur. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Mobil dəstə üzvləri xəsarət almış insanların zonadan çıxarılması və onlara ilk yardım göstərmək üçün çadırlara çatdırılmasında fəal iştirak etmişdir. Yaralılar mobil dəstə üzvləri tərəfindən təhlükəli ərazidən uzaqlaşdırmış və onlara ayparaçı tibb bacıları tərəfindən ilk yardım göstərilmişdir. Zərərçəkmişlərə ilk yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılmışdır. Məşqin sonunda rəhbərlik tərəfindən sıra baxışı keçirilmiş, məşqin qənaətbəxş olduğu qeyd edilmiş və iştirakcılara minnətdarlıq bildirilmişdir.

 Qızıl Aypara Cəmiyyətinin təlimatçısı Günel Məmmədova

10259003_260354670811336_4478693294054801612_n

10253968_260354170811386_3582442437724371222_n

983644_260353497478120_5328668927564899741_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın