Menu
Geri İrəli

Sumqayıtlı gənclər, xaricdə təhsil almaq istəyirsinizsə… (MÜSAHİBƏ)

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2015 • Baxış sayı: 614 dəfə • Şərh yoxdur

Ölkəmizdə xarici ölkələrin universitetlərində təhsilə maraq artmaqdadır. Özəlliklə son bir-iki il ərzində xarici universitetlərə üz tutan gənclərin sayı artıb. Bunun iki səbəbi var: birincisi, ölkə xaricində daha yüksək səviyyədə təhsil almaq marağı və ikincisi, TQDK tərəfindən aparılan imtahanlarda uğursuz nəticə göstərərək müsabiqədən keçə bilməyənlərin xarici ölkələrdə attestatla qəbul aparan universitetlərə üz tutmaq məcburiyyəti.

Budur, yenidən qəbul imtahanlarına çox qalmayıb. Deməli, xaricdə təhsil mövsuzu aktuallıq qazanır…

Müsahibimiz “Reduco” Tədris Mərkəzinin icraçı direktoru Heydər Vəliyevdir. Onunla xaricdə təhsil və onun müxtəlif istiqamətləri barədə söhbət etmişik.

Azərbaycan vətəndaşının xaricdə təhsil imkanları nə qədərdir? Bunun üçün hansı vasitələr, hansı seçimlər var?

tehsil sergisi-2Sevindirici bir haldır ki, xaricdə təhsil almaq istəyənlərin sayı günü-gündən artır. Xaricdə təhsil almaq keyfiyyətli təhsillə yanaşı, fərqli mədəniyyətlə, fərqli insanlarla,  fərqli mühitlə tanış olmaq, və ən əsası fərd olaraq, bilinməyən tərəflərin aşkara çıxarılmasına imkan yaradır. Xaricdə təhsil almaq istəyən gənclər bunu iki yolla apara bilərlər: Öz hesabına və ayrı-ayrı qurumların, şirkətlərin elan etdiyi təqaüd proqramları hesabına.

Bu gün xaricdə təhsil almaq istəyənlər üçün çox böyük imkanlar mövcuddur. Azərbaycanlı gənclər xarici ölkələrdə təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və Azərbaycan Respublikası Dövlət Neft Fondunun daxili təqaüd proqramına müraciət edə bilərlər. Bundan başqa, xarici ölkələrin universitetləri və təhsil qurumları əcnəbi tələbələr üçün güzəştli və ya tam ödənişsiz təhsil almaq üçün bir çox proqramlar təklif edirlər.

 Xaricdə təhsil üçün əsasən hansı sənədlər tələb olunur?

Xaricdə təhsil almaq üçün lazım olan sənədlər ölkə və universitetdən asılı olaraq dəyişir. Əsas tələb edilən sənəd ingilis dili biliyini təsdiq edən (Ielts/Toefl) beynəlxalq dil sertifikatlarıdır. Dərhal qeyd edək ki, bir sıra ölkələr də vardır ki, qəbulu imtahansız aparır. Məsələn, Türkiyə, Polşa, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya və s ölkələrdə belə təhsil ocaqları var.  Eyni zamanda təhsil haqqı tələb etməyən ölkələr var – Almaniya, Finlandiya, Norveç, İsveç, Braziliya, Fransa və s.

tehsil-sergisi-21

Hər hansı Avropa ölkəsində, tutaq ki, İngiltərədə, Almaniyada təhsil  azərbaycanlı üçün neçəyə başa gəlir?

Təhsil sahəsi ilə bağlı aidiyyatı qurumların hər il aparılan araşdırmaları nəticəsində dünya universitetlərinin reytinq siyahısı müəyyən olunur. Bu siyahıya ABŞ, İngiltərə, Kanada, Avstraliya, Almaniya və s ölkələrin top universitetləri başçılıq edirlər. İngiltərə əcnəbi vətəndaşların təhsil almaq üçün ən çox müraciət etdikləri ölkələrdən biridir. İngiltərə təhsil haqqının yüksək olduğu ölkələrdəndir. Bu ölkədə təhsil almaq istəyən azərbaycanlı gənclər universitet və ixtisas seçimindən asılı olaraq, illik təhsil haqqı 5000-30000 pound sterling ödəməli olurlar. Təhsil haqqından əlavə, yaşayış xərcləri üçün təxminən aylıq 900-1500 pound sterling civarında vəsait lazım gəlir.

Almaniya həm yüksək keyfiyyətli təhsilə, həm də yerli və xarici tələbələr üçün ödənişsiz təhsil təqdim etdiyi üçün bura hər il yüz minlərlə tələbə axını olur. Bu ölkədə təhsil almaq istəyən azərbaycanlı gənclər illik haqqı olmadığı üçün heç bir ödəniş etmirlər. Yaşayış xərcləri aylıq təxminən 500-800 euro civarındadır.

Bir qədər də yay və qış məktəbləri barədə danışaq. Bu məktəblərin əsas missiyası nədən ibarətdir?

Yay və qış məktəbləri tətil müddətini səmərəli keçirtmək istəyənlər üçün əlverişli imkandır. Yay və qış məktəblərinə qoşularaq həm əyləncə dolu günlər yaşayacaq, həm də dil biliklərinizi qısa müddətdə inkişaf etdirəcəksiniz. Dil bilikləri ilə yanaşı, müəyyən edilmiş proqrama əsasən sosial əyləncələr vasitəsilə aktiv həyat tərzi sürə bilərsiniz.

Yay və qış məktəblərinin qiymətləri də yəqin ki, oxucularımız üçün maraqlıdır.

Yay və qış məktəblərinin qiymətləri ölkə, müddət və paket seçimindən asılı olaraq dəyişir. Məbləğ təqribən 1200 AZN-dən başlayır.

Reduco Tədris Mərkəzi xaricdə təhsillə bağlı hansı xidmətləri təklif edir? Gənclər nə kimi dəstək göstərə bilir?

beynalxalq tehsil sergisiReduco Tədris Mərkəzinin Xaricdə təhsil şöbəsi pulsuz konsultasiya xidməti göstərir. Xaricdə təhsil almaq istəyən bütün gənclər mərkəzimizə yaxınlaşıb bu xidmətdən yararlana bilərlər. Bu gün Reduco Tədris Mərkəzi dünyanın istənilən ölkəsinə tələbə göndərilməsini həyata keçirir. Xaricdə təhsil almaq istəyən hər bir gəncə fərdi olaraq yanaşılır və buna uyğun proseslərə başlanılır.

Bütün bu xidmətlər Reduco Tədris Mərkəzinin tələbələri üçün pulsuz olaraq həyata keçirilir.

Söhbətləşdi: Vüsal

REDUCO Tədris Mərkəzi bu ünvanda yerləşir:
İsmət Qayıbov 211/1, Sumqayıt. (Xarı Bülbül Şadlıq Sarayı ilə üzbəüz)
Web: http://reduco.az
Email :info@reduco.az
Əlaqə nömrələri:
+99418 656 06 67
+99418 648 08 08

+99450 375 06 66

+99470 833 11 73

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın