Menu
Geri İrəli

Sumqayıtlı gənclərə “Strateji Planlaşdırma” mövzusunda təlim keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2014 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

7644Sumqayıtda  Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt bələdiyyəsinin məhəllə komitələrində gənclərin iştirakının artırılması” layihəsi çərçivəsində “strateji planlaşdırma” mövzusunda növbəti təlim təşkil edilib.

Strateji planlaşdırma təlimində  strateji planlaşdırmada missiyanın, məqsədi, vəzifənin müəyyən edilməsi, SWOT təhlili, fəaliyyətlərin planlaşdırılması mərhələləri praktiki işlərlə təlim iştirakçlarına aşılanıb.

Təlim iştirakçıları təlimdəki nəzəri bilikləri öz karyeralarının planlaşdırılması və əmək bazarının mövcud vəziyyəti timsalında qrup işləri həyata keçirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın