Menu
Geri İrəli

Sumqayıtlı həkim icra başçısından rüşvət istəyib?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2011 • Baxış sayı: 451 dəfə • 4 şərh
Share Button

Elektron medianın yaydığı blefə “168 saat” aydınlıq gətirdi

Şəhərə yeni icra başçısının təyinatı ölkə mətbuatının da Sumqayıta diqqətini artırmasına səbəb olub. Çap ve elektron mediada Sumqayıtla bağlı informasiyaların həcmi son bir neçə həftə ərzində bir neçə dəfə artıb. Yeni icra başçısının gözlənilən və artıq icra olunmağa başlanılan islahatlar paketi xüsusilə diqqət mərkəzindədir. Ancaq təəssüf ki, mətbuat bəzən bir sıra məqamlarda dezinformasiyaların, yanlış və dəqiqləşdirilməmiş məlumatların da yayımlanmasından çəkinmir. Məsələn, 3 gün öncə “Modern.az” saytı sumqayıtlı həkimin icra başçısından rüşvət istədiyi ilə bağlı məlumat yaydı. Bu barədə az sonra, hələliksə digər məlumatlara diqqət yetirək.

Yenə elə həmin sayt yazır ki, yeni icra başçısı Eldar Əzizov əhalinin problemləri ilə daha yaxından maraqlanmaq və şəhərdəki ümumi vəziyyəti öyrənmək üçün əvvəlcə 7 nömrəli marşrutla hərəkət edən avtobusa minib. Maraqlıdır ki, bu zaman onu tanıyan olmayıb. İcra başçısı adi sakin kimi avtobusdakı sərnişinlərlə söhbətləşib.

E.Əzizov sərnişinlərə ilk olaraq rayondan gəldiyini və Sumqayıtda heç haranı tanımadığını bildirib. Sonra qeyd edib ki, deyəsən şəhərdə əhalinin vəziyyəti yaxşı deyil. İnsanların ən dərdli yerinə toxunduğundan icra başçısı ilə həmsöhbət olan sakinlər problemlərdən ağızdolusu danışıblar. Qeyd ediblər ki, şəhərdə iş yerləri çox azdır, sumqayıtlılar işləmək üçün Bakıya getməli olurlar, ümumiyyətlə əhalinin dolanışıq səviyəsi aşağıdır və s.

Bundan sonra icra başçısı avtobusun sürücüsünə yaxınlaşıb ondan dayanacaqdankənar bir yerdə saxlamağı xahiş edib. Sürücü isə avtobusu saxlayanda Eldar Əzizov Sumqayıtın icra başçısı olduğunu deyib və niyə qanunlara riayət edib dayanacaqda saxlamadığını soruşub. Onun qarşısında çaş-baş qalan sürcü isə cavabında heç nə deməyib. Özünü itirən sürücü icra başçısının ona uzatdığı gedişhaqqını götürməkdən imtina etmək istəyib, o, E.Əzizov düşüb gedəndən sonra toxtaqlıq üçün bir müddət nəqliyyat vasitəsini işə sala bilməyib.

Sayt yazır ki, Eldar Əzizov 7 nömrəli marşrutdan düşdükdən az sonra eyni xətlə hərəkət başqa bir avtobusa minib. İcra başçısı əvvəlki avtobusda etdiklərini yenidən burda da təkrarlayıb.

Nəhayət, şəhər xəstəxanalarından birinin baş həkiminin icra başçsından rüşvət istəməsi barədə yazılanlar.

Materialda qeyd olunur ki, daha sonra Sumqayıtdakı Bərpa Xəstəxanasına gedən Eldar Əzizov müayinə olunmaq adı ilə oradakı həkimlərdən birinin qəbuluna düşüb. Rayondan gəldiyini bildirib və müalicə üçün pulunun az olduğunu söyləyib. Həkim isə bu işlərə baxmadığını deyib və onu baş həkimin yanına göndərib.

Baş həkim də təğriyi-libas olan icra başçısını tanımayıb. Eldar Əzizov baş həkimə də müalicə üçün gəldiyini deyib. Və bu zaman şok hadisə baş verib: baş həkim icra başçısından yüksək məbləğdə rüşvət istəyib. Bundan sonra Eldar Əzizov İcra Hakimiyyətinə qayıdıb və baş həkimi yanına çağırıb. İcra hakimiyyətinə gələn baş həkim bayaq qarşısında dayanan “xəstə”ni icra başçısı kürsüsündə görəndə yəqin ki, şoka düşüb.

Məlumatlara görə, E.Əzizov elə oradaca baş həkimi işindən azad edib.

Bunlar saytın yazdıqları idi.

Məsələyə aydınlıq gətirmək üçün şəhər səhiyyə şöbəsi və adıçəkilən xəstəxananın baş həkimi Kamil İbadovla əlaqə saxladıq. “Belə bir hadisə olsaydı, yəqin ki, ilk olaraq bizim məlumatımız olardı” – deyə Şöbədən bildirildi.

Baş həkim Kamil İbadov isə informasiya barədə məlumatlı olduğunu və həmin saytın rəhbərliyi ilə əlaqə saxladığını söylədi: “Bu, təbbi ki, yalan məlumat idi və mən bu cür məsuliyyətsizcəsinə məlumat yerləşdirdiyinə görə həmin saytın rəhbərliyi ilə əlaqə saxladım. Səhv etdiklərini etiraf etdilər və yazıya düzəliş olundu”.

Göründüyü kimi, həmkarlarımız təəssüf ki, bəzən dəqiqləşdirilməmiş informasiyaların yayımı ilə, tək öz peşəkarlıqlarını şübhə altına almır, həm də bütün mətbuat adına ləkə gətirirlər. Bu, məsələnin peşəkarlıq və peşə etikası kontekstindən görünən bucağı idi. Materialdakı daha bir məqam isə yumsaq desək, məlumatsızlıqla bağlıdır. Məsələ burasındadır ki, hansısa xəstəxananın müdirinin vəzifəsindən azad olunması şəhər icra başçısının sərəncamı ilə həll olunan məsələ deyil.

Vüsal Məmmədov, 168saat

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtlı həkim icra başçısından rüşvət istəyib?” yazısına 4 cavab

  1. Emin Xanlarov deyir:

    avtobuslari gəzmək əvəzinə icra başçisi bazardaki bahaliq və insanlarin aldiqi əməkhaqqini müqayisə eləsin. bizə novruz bayramında şir , dəvə lazım deyil . bizə iş və bazara uyğun əməkhaqqı lazımdır.

  2. Emin Xanlarov deyir:

    goydə allah var. abşeron icra başçısı zakir fərəcov kimi torpaq alverçisi və keçmiş icra başçisi vaqif əliyev kimi təcürbəsiz rəhbərdənsə eldar əzizov kimi aktiv icra başçisi yaxşıdır. eldar əzizova inanır və uğurlar arzulayıram.

  3. Bahar deyir:

    ICRA BASCINISIN TAKSIYLE SEHERI GEZMEYI FILAN….MEN DE ESITMISEM BU BAREDE.HERE BIR SOZ DANSIIR.ELESI VAR ELE DANSIIR KI,ELE BIL YANINDA OLUB BU HADISELER,GOZUYNEN GORUB.)))))

  4. Qumru deyir:

    Hmm bu haqda men de esitmisdim,amma duzu inanmamasdim.Shaye deye dusunurdum.Deyilene gore Genceliler E.Ezizovdan cox razi qaliblar.Inaniram ki,biz de ondan memnun qalacayiq.En esasi ise iszizlik problemini aradan qaldirsa.

Şərhinizi yazın