Menu
Geri İrəli

Sumqayıtlı həkim dünyasını dəyişib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2017 • Baxış sayı: 7,141 dəfə • 1 şərh
mirfazil2sumqayitxeber.com xəbər verir ki,  Sumqayit Onkoloji Xəstəxanasının qocaman həkimi Mirfazil Hüseynov dünyasını dəyişib.
1950-ci il iyul ayının 2-cə anadan olmuş Mirfazil Abbas oğlu Hüseynov 1975-ci ildə Tibb Universitetinin müalicə profilaktika fakultəsini bitirib.1976-1988-ci illərdə Dağlıq Qarabağ Vilayətinin Mərkəzi olan Xankəndində Vilayət Onkoloji Dispanserdə həkim-onkoloq və şöbə müdiri vəzifəsində çalışıb.
Məlum Qarabağ hadisələri ilə bağlı 1988-1990-cı illərdə Şuşa şəhərində Mərkəzi Xəstəxananın nəzdində olan onkoloji şöbədə həkim-onkoloq vəzifəsində işləyib. 1990-cı ildən Sumqayıt şəhər Onkoloji Xəstəxanasının poliklinika, 2008-ci ildən isə stasionar şöbənin müdiri vəzifəsində çalışıb.
17 iyun 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Facebook Şərhləndirmə:

“Sumqayıtlı həkim dünyasını dəyişib” yazısına bir cavab

  1. hasanov deyir:

    Bu xəbər məni və ailəmizi sarsıtdı. Mirfazil həkim çox dəyərli bir insan, həkim kimi bizim üçün unudulmaz bir şəxsiyyətdir. Yüzlərlə insanı həyata qaytaran, özünü qoruya bilmədi. Həyatın nə sərt üzü varmış. Yerin behiştlik olsun, gözəl dost, insan, həkim ! Ailənə səbr diləyir və dyirik: Allah sənə rəhmət etsin!

Şərhinizi yazın