Menu
Geri İrəli

Sumqayıtlı idarə rəisi: “Bu maşının mənə heç bir adiyyatı yoxdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən “Mercedes-Bens G63 AMG Galendewagen” avtomobil sahibinin adı məlum olub.

Bu barədə  məlumat şirkətin rəsmi facebook səhifəsində  yer alıb. Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.   Həmin şəxsin familiyası tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb. Lakin bununla belə həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğu bildirilirdi.

XeberLent.az informasiya agentliyi olaraq, məsələ ilə əlaqədar, Aqşin Əhədovla əlaqə saxladıq. Dövlət Əmək Müfəttişliyinin rəisi A. Əhədov isə öz növbəsində bunları dedi:

“Bu xəbər tam olaraq yalandır. Hətta xəbəri mənə deyəndə özüm təəccüb elədim. Məlumatın düz olub-olmamasını aydınlaşdırmaq üçün “Hennesey Performance” tüninq şirkətinin rəsmi saytına daxil olaraq, xəbərə baxdım. Lakin orada bu maşının mənə aid olmasını təsdiq edən heç bir şey görmədim. Bu maşının mənə heç bir adiyyatı yoxdur. Jurnalistlər reytinq yığmaq xatirinə insanları şərləyirlər. Növbəti bu cür yalanın da qurbanı mən oldum.”

galandewagen

Facebook Şərhləndirmə:

Şərhinizi yazın