Menu
Geri İrəli

Sumqayıtlı idmançı Avropa çempionatında qazandığı medalı “7″ saylı marşurutda itirib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 1,115 dəfə • Şərh yoxdur

Sumqayıtlı idmançı Avropa çempionatında qazandığı gümüş medalını Sumqayıt şəhərində 7 nömrəli marşurutda itirib.

Aprelin 19-da Serbiyanın Novi Sad şəhərində gənclər və yeniyetmələr arasında keçirilən sambo üzrə Avropa çempionatında 56 kq çəkidə gümüş medal qazanan Namiq Abbaslı sumqayitxeber.com-a açıqlamasında bildirib ki, medalı Sumqayıt şəhərində 7 nömrəli marşurutda itirib. O bildirib ki, medal salafandan düşüb və marşurutda olanlardan kimsə onu götürüb.
İdmançımız şəhər sakinlərinə müraciət edərək medalın tapılmasında ona gömək göstərməyə səsləyib.
sumqayitxeber.com
11118318_589878724448421_640016845_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın