Menu
Geri İrəli

Sumqayıtlı İT mütəxəssislər “Barcamp Gəncə”-də iştirak ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2009 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

Xəbər verdiyimiz kimi artıq 2-ci ildir ki, Azərbaycanda İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Yeni Media qeyri-konfransı –BARCAMP- keçirilir.
14-16 avqust tarixində Gəncədə növbəti BarCamp təşkil olunmuşdur. 200-dən çox yerli İT mütəxəssislərin iştirak etdiyi tədbirdə Yeni Medianın müxtəlif sahələrində təqdimatlar keçirildi və müzakirələr təşkil olundu.
Sumqayıt şəhərindən 14 nəfər “BarCamp Gəncə”yə qoşulub və tədbirdə fəal iştirak edib. Bunun nəticəsidir ki, növbəti “Barcamp”ın keçiriləcəyi regionun sırasına Sumqayıt şəhəri də əlavə edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın