Menu
Geri İrəli

Sumqayıtlı jurnalist asfalt üzərində çəkilmiş bayraqla bağlı açıqlama verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2014 • Baxış sayı: 465 dəfə • Şərh yoxdur

 
Rafiq OdayAzərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri  Rafiq Oday asfalt üzərində çəkilmiş bayraqla bağlı mətbuatda gedən yazılara münasibət bildirib:

Məni bir jurnalist və sumqayıtlı kimi mövqeyimi bildirməyə bəzi kütləvi informasiya vasitələrində yer almış şəhərimiz haqqında açıq-aşkar böhtan xarakterli məlumatlar vadar etdi.

Mart ayının 17-də Sumqayıt şəhərində Təhsil şöbəsinin təşkilatçılığı ilə şagirdlərin asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Bu tədbirdə yüzlərlə şagird, minlərlə şəhər sakini iştirak etmişdir. Bu möhtəşəm tədbir­də gözəl şəkillər yaradan balalarımızın gözlərindəki sevinc ifadəsini, vali­deynlərin və tədbirə toplaşanların onları necə alqışlamasını sadəcə görmək lazım idi. Hər kəsin ürəyindən olan bu tədbiri, demək olar ki, bütün televiziya kanalları və digər kütləvi informasiya vasitələri geniş işıqlandırdılar. Amma bir neçə gün keçdikdən sonra bəzi kütləvi informasiya vasitələrində rəsm müsabiqəsinin keçirilməsi faktı qəsdən buraxılaraq, informasiyalar yayılma­ğa başladı ki, Sumqayıtın İcra başçısının tapşırığı ilə şəhərin küçələri Azər­baycan bayrağı rəngində rənglənib. Bu yazını yazan jurnalistlər ən azından şəhər təhsil şöbəsinə və ya İcra hakimiyyətinə müraciət etməklə məsələnin mahiyyəti haqqında informasiya əldə edə bilərdilər. Ola bilər ki, hansısa bir şagird müsabiqə zamanı Azərbaycan bayrağının elementini və ya bay­rağın özünü əks etdirib. Xatirimdədir asfalt üzərində rəsm müsabiqələri sovet döv­ründə də keçirilirdi və o zaman uşaqlar SSRİ-nin bayrağını, Leninin mavzoleyini və digər rəsmlər çəkirdilər. Sovet İttifaqı kimi totalitar rejimdə heç kəsin ağlına belə gəlmirdi ki, bu şəkilləri hörmətsizlik kimi qələmə versin. Mən düşünürəm ki, bu materiallar bəzi saytlarda təsadüfən yer almayıb. Əgər kimsə icra başçısı ilə haqq-hesab çəkmək istəyirsə və ya onun fəaliyyətini qaralamaq niyyətindədirsə, bu onun öz işidir. Amma sumqayıtlı uşaqların zəhmətlə ərsəyə gətirdiyi, sevə-sevə çəkdiyi şəkilləri və bu gözəl tədbiri öz çirkin məqsədlərinə çatmaq üçün insafsızcasına istifadə edən jurnalistləri qınayır və və bu addımı pisləyirəm.

Mən uzun illərdir  Sumqayıtda yaşayıram və son  illərdə şəhərimizdə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən sistematik və mən deyərdim, irimiqyaslı işlər göz önündədir. Artıq ənənəyə çevrilən şagirdlərin təntənəli hərbi keçidi, Azərbaycanın, o cümlədən Qarabağın tarixinə aid konfranslar, Difai atlı dəstələrinin şəhər küçələrində keçidi, “Bayraq günü”ndə şəhərin Bayraq meydanında möhtəşəm tədbirlərin təşkili bir ənənə halını alıb. Bütün bunlar bugünkü Sumqayıtın reallığıdır və bunları görməmək mümkün deyil.

unnamed (2)

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın