Menu
Geri İrəli

Sumqayıtlı jurnalist saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2015 • Baxış sayı: 697 dəfə • Şərh yoxdur

ayten

 

Oktyabrın 12-də saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə gedən Meydan TV-nin əməkdaşı, jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb.

Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, hazırda 3-cü polis bölməsinə aparılır: “Şəxsiyyət vəsiqəmi itirmişəm. Yenisini almaq üçün ödəniş etmişəm, bu gün götürməli idim. Adımın qarşısında “saxlanmalı” yazıldığı üçün ASAN Xidmət məni polisə təhvil verir. Hazırda Sumqayıtdakı 3-cü polis bölməsinə aparılıram”

***

Aytən Fərhadova artıq buraxılıb. Jurnalist sabah “Bandotdel”ə çağırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın